Ana Sayfa > Karusel / Gündəm > Taksi sürücülərinin NƏZƏRİNƏ: COVID-19 pasportu tələb olunacaq

Taksi sürücülərinin NƏZƏRİNƏ: COVID-19 pasportu tələb olunacaq


21-09-2021, 11:50. Yazar: Xeberaz



“Koronavirus əleyhinə birinci dozanı vurduran taksi sürücüləri gələn ayın əvvəlinədək mütləq qaydada ikinci dozanı da vurdurmalıdır”.
Bunu  açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, ikinci dozanı vurdurmayan sürücülərə qarşı polis əməkdaşları tərəfindən yoxlamalar həyata keçiriləcək:
“Belə hallar aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcək. Daxili İşlər Nazirliyi bununla bağlı sürücülərə xəbərdarlıq edib”.
O qeyd edib ki, sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma xidməti göstərə bilər.



Geri dön