Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Rusiyada universitetdə terror - 8 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Rusiyada universitetdə terror - 8 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO


20-09-2021, 11:59. Yazar: Xeberaz

11:53
Perm Dövlət Universitetində baş vermiş silahlı insident nəticəsində 8nəfər ölüb, 14 nəfər yaralanıb.
Bu barədə TASS məlumat yayıb.
---------
11:35
Rusiyanın Perm şəhərində universitetdə atışma olub.
Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.
Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, 10-dan çox yaralı var. Ölənlərin olduğu deyilsə də sayı açıqlanmır.
Terroru törədən Timur Bekmansurov adlı şəxsdir. 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.
----------
11:11
Rusiyanın Perm şəhərində universitetdə atışma olub.
Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.
Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, azı bir nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.








Geri dön