Ana Sayfa > Karusel / Maraqlı > Tualetə mobil telefonla getməyin - SƏBƏB

Tualetə mobil telefonla getməyin - SƏBƏB


19-09-2021, 11:52. Yazar: Xeberaz
  • Tualetə mobil telefonla getməyin - SƏBƏB

Tualetdə telefonla vaxt keçirmək Hemoroid (babasil) xəstəliyi riskini artırır.
Xeberaz.az xəbər verir ki, bu qənayətə türkiyəli cərrah Səbahəddin Çəlik gəlib.
Mütəxəssis “Smartfonların Hemoroid xəstəliyi ilə əlaqəsini araşdırma” adlı elmi çalışmalar aparıb.
Araşdırmaya hemoroid xəstəliyi olan 882 və hemoroid şikayəti olmayan 802 nəfər cəlb edilib. Məlum olub ki, insanların çoxu tualetə smartfonla girirlər.
“Mobil telefonla tualetə gedənlərin orada daha çox zaman keçirdiyini müşahidə etdik. Bu da hemoroid patogenezində risk faktorudur. Təzyiq səbəbiylə hemoroid şikayətləri artır”.
Həkim mümkün risklərin qarşısının alınması üçün smartfonlarla tualetə getməməyi tövsiyə edir. (oxu.az)








Geri dön