Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > 22 yaşlı gənc özünü asdı

22 yaşlı gənc özünü asdı


15-08-2015, 13:10. Yazar: Xeberaz
22 yaşlı gənc özünü asdı
Hadisə yerində Lerik rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.
Bu gün səhər saat 08-də Lerik rayonunda intihar hadisəsi baş verib. Pirzəküçə kənd sakini özünü asaraq öldürüb.

Pirzəküçə kənd icra nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, 1993-cü il təvəllüdlü Azər Babulla oğlu Nuriyev özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Hazırda Lerik rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Geri dön