Ana Sayfa > Karusel / Səhiyyə > Bütün dünyada uşaqlar kütləvi şəkildə yoluxmağa başlayıblar - Yeni virus

Bütün dünyada uşaqlar kütləvi şəkildə yoluxmağa başlayıblar - Yeni virus


19-09-2021, 10:53. Yazar: Xeberaz

ABŞ, İsveçrə, Yaponiya və Böyük Britaniyada həkimlər uşaqlar arasında az tanınan tənəffüs sinsitial virusu ilə kütləvi yoluxma hallarını qeyd ediblər.
ABŞ -da Nyu-York xəstəxanalarının birində uşaq yoluxucu xəstəliklər şöbəsinin müdiri Rabia Ağa bildirib ki, uşaqların yeni bir virusa yoluxma halları, aprel ayında tənəffüs sinsitial viruslarının yayılmasına təsir edən COVID-19 pandemiyası fonunda baş verib. Karantin tədbirləri səbəbindən uşaqlarda virusa qarşı immunitet yaranmayıb.
Körpələr və uşaqlar arasında RSV virusuna yoluxma hallarının artması koronavirus tədbirlərinin zəifləməsindən sonra baş verib.




Geri dön