Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Sahibsiz it kənd sakininin CİNSİYYƏT ORQANINI DİŞLƏDİ - VİDEO

Sahibsiz it kənd sakininin CİNSİYYƏT ORQANINI DİŞLƏDİ - VİDEO


18-09-2021, 12:16. Yazar: Xeberaz

  • Sahibsiz it 1992-ci il təvəllüdlü Goranboy rayon sakini Qarayev Toğrul Qiyas oğlunun cinsiyyət orqanını dişləyib.
    Hadisə rayonun Məşədiqaralar kəndində baş verib.
    Yaralı xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, it T.Qarayevə evinə qayıdarkən hücum edib. 

    Kənd sakinləri bildirib ki, kənddə sahibsiz itlər xüsusilə axşam saatlarında çoxalır. Onların sözlərinə görə, itlər sakinlərin həyətindən toyuqları, qazları oğurlayır, böyükdən-kiçiyə hamıya hücum edirlər.
    Sahibsiz itlərin kənddə yaratdığı vəziyyətlə bağlı Goranboy rayon icra hakimiyyətinin Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsi Ziyadov bildirib ki, məsələdən xəbərdardırlar və həlli istiqamətində addımlar atılacaq.



Geri dön