Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü


16-09-2021, 11:53. Yazar: Xeberaz


Kürdəmir rayonunda qadın evində qardaşı tərəfindən qətlə yetirilib. Kürdəmir rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Geri dön