Ana Sayfa > Karusel / Hadisə > ABŞ-da meymunlarda koronavirus aşkarlandı

ABŞ-da meymunlarda koronavirus aşkarlandı


12-09-2021, 11:22. Yazar: Xeberaz





ABŞ-ın Corciya ştatının paytaxtı Atlantadakı bir zooparkda qorillalarda koronavirus aşkarlanıb.
Xeberaz.az xəbər verir ki, bu barədə Atlanta Zooparkı məlumat yayıb.
Bildirilib ki, bir qorilla sürüsündə öskürək, burun axıntısı və iştahsızlıq əlamətləri müşahidə edilib:
“Qərbi Afrika düzənlik qorillası” növündən olan qorillalardan götürülən ağız və burun yaxması nümunələri Corciya Universitetinin laboratoriyasına göndərilib. Nəticələr müsbət olub”.
Zooparkdan neçə qorillanın yoluxması barədə məlumat verilməsə də, ABŞ mətbuatı onların sayının 13 olduğunu yazıb.




Geri dön