Ana Sayfa > Karusel / Hadisə / Dünya > Çində koronavirusun yeni yayılma ocağı aşkarlanıb

Çində koronavirusun yeni yayılma ocağı aşkarlanıb


12-09-2021, 11:14. Yazar: Xeberaz
Çində koronavirusun yeni yayılma ocağıaşkarlanıb


Çinin şərqindəki Fuzyan əyaləti COVID-19-un yeni yoluxma episentri aşkarlanıb.
Bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin saytında bildirilib.
Belə ki, Putyan şəhərində virusa bir gündə 19, Syuançjouda 1 yoluxma aşkarlanıb. Ölkədə bir sutkada ümumilikdə 46 yeni yoluxma aşkar edilib, onların yarıdan çoxu xaricdən gələnlərdə qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Geri dön