Ana Sayfa > Karusel / Hadisə > Anasını döydüyü üçün atasını bıçaqladı

Anasını döydüyü üçün atasını bıçaqladı


10-09-2021, 12:17. Yazar: Xeberaz
Qazax rayonunda oğul atasını bıçaqlayıb.
Hadisə sentyabrın 9-u axşam saatlarında baş verib.
Rayon sakini, 1971-ci il təvəllüdlü Amil Qurbanova çoxsaylı bıçaq zərbəsi vurulub. Araşdırma zamanı məlum olub ki, A.Qurbanovu oğlu, 1999-cu il təvəllüdlü Xaqan Qurbanov bıçaqlayıb.
İlkin məlumata görə, A.Qurbanov sərxoş vəziyyətdə evə gəlib arvadını döyüb. Buna görə də mübahisəyə qoşulan oğlu anasını qorumaq istəyərkən atası ona da hücum edib. Nəticədə 22 yaşlı Xaqan atasını bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.




Geri dön