Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanda intim görüntüləri yayan şəbəkə tutuldu - AÇIQLAMA

Azərbaycanda intim görüntüləri yayan şəbəkə tutuldu - AÇIQLAMA


10-09-2021, 10:56. Yazar: Xeberaz

Bir müddət əvvəl intim görüntüləri yayılan Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında iki jurnalist həbs edilib.

Məlumata görə jurnalistlər Pərvin Abışova və Mahir Xəttab Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Daha sonra Pərvin Abışova buraxılsa da, hazırda M.Xəttab hələ də idarədə saxlanılır.

Azərbaycanda intim görüntüləri yayan şəbəkə tutuldu
Azərbaycanda intim görüntüləri yayan şəbəkə tutuldu

Saxlanılan şəxsin vəkili Mehman Muradlı Bizim.Media-ya açıqlamasında bildirib ki, hələ ki, müvəkkili ilə görüşə bilməyib.

“Bu gün saat 14.00-da Mahirlə görüşəcəyəm. İttihama gəlincə, guya o, hədə-qorxu gəlməklə bir çox adamları şantaj edib. Bu ittihamla saxlanılıb. Görüşdən sonra laızm olan məlumatları verəcəm”.

Qeyd edək ki, 2 gün əvvəl Ramiz Göyüşovun intim videosu yayılıb. Görüntülər cəmiyyət arasında böyük müzakirələrə səbəb olub.

Geri dön