Ana Sayfa > Karusel / Hadisə > Ömər aşırımında “Niva” aşdı, şirkət əməkdaşları xəsarət aldı

Ömər aşırımında “Niva” aşdı, şirkət əməkdaşları xəsarət aldı


9-09-2021, 10:54. Yazar: Xeberaz


Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb.
Qəza zamanı 5 nəfər - 1975-ci il təvəllüdlü Qasımov Vüqar Şahid oğlu, 1983-cü il təvəllüdlü Məmmədov İlkin Rizvan oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Cəsur Surxay oğlu, 1985-ci il təvəllüdlü Səmədov Faiq Rasif oğlu və 1987-ci il təvəllüdlü Nağıyev Ruslan Vidadi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.




Geri dön