Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > İntihar edən məktəbli qızın ailəsi danışdı - FOTOSU

İntihar edən məktəbli qızın ailəsi danışdı - FOTOSU


8-09-2021, 17:28. Yazar: Xeberaz

Xəbər verdiyimiz kimi, Qəbələ rayonu Yenikənd kəndində 2008-ci il təvəllüdlü Həlimə Emin qızı Hüseynova həyətlərindəki mal tövləsində özünü asaraq intihar edib. 
Mərhumun babası Həsən Hüseynov  açıqlamasında nəvəsinin psixi problemləri olduğunu deyib. O bildirib ki, hadisə baş verən gün nəvəsinin ümumi vəziyyətində heç bir dəyişiklik hiss olunmayıb.
H.Hüseynova Yenikənd  kənd tam orta məktəbində təhsil alırdı.
Xeberaz.Az intihar edən məktəblinin fotosunu təqdim edir.
Qeyd edək ki, H.Hüseynovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.(olke.az)


Geri dön