Ana Sayfa > Karusel / Hadisə > Gəncədə DƏHŞƏT: 22 yaşlı hamilə arvadını döydü, uşağı tələf oldu

Gəncədə DƏHŞƏT: 22 yaşlı hamilə arvadını döydü, uşağı tələf oldu


3-09-2021, 11:02. Yazar: Xeberaz


Gəncə şəhərində 22 yaşlı hamilə qadını əri döyüb.
,1992-ci il təvəllüdlü Muraz İsgəndərov mübahisə zamanı hamilə olan həyat yoldaşı, 1999-cu il təvəllüdlü T.Məmişovanı döyərək ağır bədən xəsarətləri yetirib.
T.Məmişova 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T.Məmişovanın həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Murazın döyməsi nəticəsində çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə ŞBPİ Nizami rayon Polis İdarəsinə məlumat daxil olub: "Müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir".




Geri dön