Ana Sayfa > Karusel / Gündəm / M2 > Bunları etməsəniz yenidən QAPANMALAR olacaq - 2 sadə ŞƏRT

Bunları etməsəniz yenidən QAPANMALAR olacaq - 2 sadə ŞƏRT


29-08-2021, 11:30. Yazar: Xeberaz


"Yay və payız mövsümündə ehtimal olunan böyük dalğalar olarsa, iki yoldan biri seçilməlidir:
A. Yenidən qapanmalar (yollar xaricində);
B. "Yaşıl keçid" (GreenPass)".
Bunu deputat, Operativ Qərargahın səhiyyə bölməsinin üzvü Rəşad Mahmudov deyib.
O bildirib ki, hər biri variantın ayrı ayrılıqda müsbət və mənfi tərəfləri var:
"Ekspertlərin fikrincə, tibbi, hüquqi və iqtisadi cəhətdən B bəndi daha məqbuldur. Keçən ildəkindən fərqli olaraq bu il peyvəndin olması ilə yanaşı, bir çox amillər bizə bunu etməyə imkan verir".
Deputat qeyd edib ki, çox böyük dalğalarda heç bir yer qapadılmır:
"İctimai yerlər, məktəblər, alış veriş mərkəzləri, restoranlara vəs. sadəcə "COVID pasportu" olanlar, son 6 ay içində yoluxanlar və əlində 72 saat içində PCR analizi olanlar daxil ola bilirlər. Beləcə də iqtisadi fəallıq davam etməklə birlikdə epidemiyolojik vəziyyətə mənfi təsir azaldılmış olur. Bu, sadəcə böyük dalğalar zamanı istifadə olunan metoddur. Avropa və bir çox ölkələrində tətbiq artıq var".
R.Mahmudov peyvənd vurduranların xəstəliyi daha rahat keçirdiyini bildirib:
"Fərqli ölkələrdə xəstələr üzərində aparılan dürüst statistik analizlər və tədqiqatlar göstərir ki, 2 doza peyvənd olunan və 2-ci dozanın üzərindən 30 gün keçən yoluxanlarda peyvənd olunmamışlarla müqayisədə 90 faiz fərq mövcuddur. Bu fərqlər yoluxma və semptomların dərəcəsində, xəstəxanaya yatışda, reanimasiyaya düşməkdə, ölümdə özünü göstərməkdədir. Peyvənd yoluxmanın qarşısını almır, amma yuxarıdakılara 90 faiz qadirdir"

Geri dön