Ana Sayfa > Karusel / Hadisə > Öz MAŞININI OĞURLAYAN sürücü polisə müraciət etdi - Bakıda ilginc olay...

Öz MAŞININI OĞURLAYAN sürücü polisə müraciət etdi - Bakıda ilginc olay...


27-08-2021, 14:49. Yazar: Xeberaz

Bakıda polisə müraciət edən vətəndaş avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxt sakini Z.Həsənov özünə məxsus “QAZ-3110” markalı avtomobilin qaçırılması barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edib.

Ancaq polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində fakt təsdiqini tapmayıb. Həmin avtomobil avqustun 26-da Binəqədi rayonu ərazisində hərəkətdə olarkən saxlanılıb. Hadisənin maraqlı olan tərəfi budur ki, avtomobili Z.Həsənovun özünün idarə edildiyi aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Geri dön