Koronavirusa yoluxmanın əsas simptomlarından olan iy və dadbilmənin kəskin itməsinin qısa zamanda bərpası istiqamətində yeni elmi tədqiqatlar aparılıb.
Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, SARS-CoV-2 virusunun dünyada yayıldığı ilk aylarda bu virusa yoluxmanın əsas əlamətlərindən biri kimi iy və dadbilmənin kəskin şəkildə itməsi ilə bağlı elmi informasiyalar hər kəsə məlumdur:
"Hələ virusun yayıldığı ilk günlərdə bunun koronavirusa xas olan bir simptomlar olduğu bəllidir. Bugünlərdə iy və dadbilmənin kəskin itməsi zamanı onların qısa vaxt ərzində bərpası istiqamətində dərman preparatlarının daha effektiv təsiri araşdırılıb. Bundan başqa, xəstəliyin gedişində bu simptomların hər hansı proqnostik əhəmiyyətinin olub-olmadığı da aşkarlanıb".