Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Qubada FACİƏ: 5 nəfər ölüb - YENİLƏNİB - FOTO

Qubada FACİƏ: 5 nəfər ölüb - YENİLƏNİB - FOTO


25-08-2021, 11:31. Yazar: Xeberaz

11:03
Daxili İşlər Nazirliyi tərəfindən bu gün Qubada 5 nəfərin ölümü ilə nəticələnən qəza barədə açıqlama verilib. 
Nazirliyin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə bu gün səhər saat 7 radələrində Qubanın Alekseyevka və Zərdabi kəndləri arasında  baş verib: "Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan dörd sərnişin və bir sürücü həlak olub. 
Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Məlumdur ki, kəndarası yollarda polis postları, sürətölçən radar yoxdur. Sürücü magistral trasda hərəkət etsəydi, radarlara görə bu qədər sürətli şəkildə avtomobili idarə etməzdi".
----------
10:23
Quba rayonunun Alekseyevka kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
APA bildirir ki, qəzada ölən şəxslərin meyiti morqa aparılıb.
Onların kimliyi dəqiqləşdirilir.
----------

Geri dön