Ana Sayfa > Karusel / İbadət > “İmam Hüseyni sevmək onun kimi yaşamaqdır, onun adından istifadə edib biznes qurmaq deyil”
“İmam Hüseyni sevmək onun kimi yaşamaqdır, onun adından istifadə edib biznes qurmaq deyil”20-08-2021, 11:38. Yazar: Xeberaz |
Hacı Surxay misal gətirir ki, Məhəmməd Füzulinin bir beyti var. Məhəmməd Füzulinin bu mövzu ilə əlaqəli bir yox, min beyti ola bilər. Onun özünün Osmanlı ilə problemi olub. Yəni Füzuli şairdir, düşüncə insanıdır. Amma onun bir sözünü İslamla əlaqələndirib təqdim etmək onun dini düşüncələrinin dar olması ilə əlaqədardır”. E.Miri peyğəmbərin dönəmində belə heç kimin nəyisə halal, nəyisə haram buyurmaq haqqına sahib olmadığını bildirib: "Orada belə bir söz işlədir ki, ərəb ölüb ona görə yas saxlayırıq. Faktiki olaraq bəli, İmam Hüseyn ərəb olub. Bunu heç kim inkar edə bilməz. Mən həmişə deyirəm, İmam Hüseyni sevmək onun kimi yaşamaqdır, haqsızlığın qarşısında etiraz etməyi bacarmaqdır. Yoxsa İmam Hüseynin adından biznes qurmaq deyil. Bu gün Səudiyyə Ərəbistanında-Quranın nazil olduğu bölgədə Məhərrəm ayında toy edib-etməmək heç bir zaman müzakirə olunmur. Çünki orada belə bir anlayış yoxdur. Bu, Peyğəmbərin dövründə belə olmayıb. Peyğəmbərin özünün belə halal və ya haram qoymaq səlahiyyəti olmayıb”. Geri dön |