Ana Sayfa > Karusel / Səhiyyə > “Niyə COVİD-dən ölənlərin ad-soyadı, cinsi, yaşı açıqlanmır?” - Operativ Qərargaha ETİRAZ

“Niyə COVİD-dən ölənlərin ad-soyadı, cinsi, yaşı açıqlanmır?” - Operativ Qərargaha ETİRAZ


19-08-2021, 11:38. Yazar: Xeberaz

Nazirlər Kabineti yanında Operativ Qərargahın hər gün koronavirusa yoluxma statistikasını elan etməsi birmənalı qarşılanmır.

Bəziləri bunun insanların psixologiyasına mənfi təsir etdiyi qənaətindədir.

Koronavirusun müalicəsilə məğul olan həkim-anestezioloq Şahin Məmmədov da bu statistikanın hər gün elan olunmasını pisləyir.

Məlumata görə, o, bununla bağlı bildirib:

“Hər gün yoluxma sayını göstərib insanların qanını qaraltmaq nəyə lazımdı? Guya bunun nəyəsə xeyri var ki?.. Yoluxmanın dəqiq sayının neçə olmasının axı adi insanların bilməsinin nə əhəmiyyəti var? Bəyəm öz uğurunuzdu belə həvəslə paylaşırsız? Fəxr edirsiz say çoxaldıqca?”.

Həkim “niyə bir gün ərzində insult, miokard infarktı diaqnozu ilə ölənlərin sayı da xəbər saytlarında elan olunmur? Niyə təkcə COVİD-ə yoluxanlar?”,- deyə Operativ Qərargaha sual verib:

“Bu ölkənin baş psixiatrı var? Varsa niyə buna və digər proseslərə heç bir reaksiya vermir?

Həm də ölənlərin ad-familiyası niyə elan olunmur? Niyə onların hər biri barədə - yaşları, cinsləri, əlavə xəstəlikləri haqqında az da olsa məlumat verilmir?”.

Ş.Məmmədov insanları ruh düşkünlüyünə qapılmamağa çağırıb: "Nə olursa olsun, bədbin olmayın. COVİD ruh düşkünlüyü yaşayan insanlarda ağır keçir. Psixoloji güclü olun, sanki siz planetdə ən güclü canlısız".

Geri dön