Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Komada olan qız sevgilisinin evlilik təklifindən sonra ayıldı - FOTO

Komada olan qız sevgilisinin evlilik təklifindən sonra ayıldı - FOTO


19-08-2021, 11:21. Yazar: Xeberaz

Sevgilisi Mark Skvayrsın evlilik təklifindən sonra London sakini Kristin Smit komadan ayılıb.
36 yaşlı britaniyalı qadın koronavirusa yoluxduqdan sonra reanimasiyaya düşüb, orada isə süni tənəffüs aparatına qoşulub.
Skvayrsın sözlərinə görə, qızın vəziyyəti ağırlaşdığı üçün ondan xəstəxanaya gəlməsi istənilib. O, səsini tanıyacağı ümidi ilə komada olan sevgili ilə danışmağa başlayıb və son şans kimi evlilik təklif edib. Buna cavab olaraq Smit gözlənilmədən gözlərini açıb. O, dərhal tibb işçilərindən evə anasına zəng etməyi və nişanlandığını deməsini xahiş edib.
Bununla belə o, tarixi və başına gələnləri xatırlamayıb.
Hazırda Smit xəstəxanadan çıxıb və sevgilisi ilə toya hazırlaşır.

Məqaləyə dair fotomateriallar:












Geri dön