Ana Sayfa > Karusel / Maraqlı / M2 / Araşdırma > Bəzi Bakı kəndləri və qisa tarixi
Bəzi Bakı kəndləri və qisa tarixi24-03-2015, 16:42. Yazar: Emil |
Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi . I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərdən birinin yazdığına görə , Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır . 1870-ci il siyahısında isə Bakıda 41 kənd olguğu qeyd edilir .Maştağa Bakının ən böyük kəndidir . Bu kəndin adı vaxtilə burada məskən salmış massaget tayfasının adı ilə bağlıdır . Buzovna – Maştağa ilə qonşu kənddir . Əsasən əkinçilik və bostançılıqla məşğul olan kənddir . Yerlilər öskürəyə qarşı burada bitən buzovna adlı otdan istifadə etdiklərinə üçün kəndin adı da Buzovna qalıb . Maştağadan sonra Bakının ikinci böyük kəndi Balaxanıdır . Kəndin adı iki sözdən əmələ gəlib : bala – yuxarı , hündür və xana – ev deməkdir , Balaxanı qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər . Əhalisinin tərkibinə görə , tat kəndi hesab edilən Suraxanı kiçik bir kənd olsa da , öz ağ nefti və daimi yanar odları ilə bütün şərqdə şöhrət tapıb , burada həmçinin atəşpərəstlik dininin məbədi də yerləşir . Kəndin adı isə iki sözdən əmələ gəlib : sürx – qırmızı və xana – ev . Binə kəndi Bakı kəndləri içində ən təzəsidir . Bu kənd qədim Kürkənd kəndinin xarabalıqları yanında salınıb . Kəndin yeri vaxtilə nardaranlıların binələri olub . Bir müddət sonra isə yaşayış məskəninə çevrilib . Qala kəndi – Abşeronda ilk qala burada tikildiyi üçün kənd də Qala adlandırılıb . Türkan kəndi – Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar . O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə də məşhur idilər . Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da görünür bu yerlərdə yaşamış tükmənlərin adı ilə bağlıdır . Hövsan kəndi – Bu kəndin belə adlandırılması vaxtilə bu yerdə mövcud olan iki böyük su hovuzu ilə əlaqədardır . Hövsan hovuzlar deməkdir . Zirə kəndi – Abşeron burnunun qurtaracağında salınan axırıncı yaşayış məskənidir . Nargin və Vulf adalarının adlarına əsaslanaraq “zirə” sözünün necə yarandığı barədə fakir söyləmək mümkündür . Adaların (cəzirələrin) adlarını canlı dildə asan tələffüz etmək məqsədilə ilk “cə” hecası atılıb , təkcə “zirə” qalıb . Adaların adları da sadəcə olaraq , “zirə” kimi tələffüz olunmağa başlayıb . Zirədən şimal-qərbdə Şüvəlan yerləşir . “Şüvəlan” sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb . Şüvəlanda olanlar, yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəf enişlər başlayır . Farsca “şiv” sözünün mənası eniş , “lan” isə məkan deməkdir . Mərdəkan kəndi – “mərdəkan” sözü də iki sözdən əmələ gəlib , mərd və məkan , yəni mərdlərin yaşadığı yer . Nardaran kəndi dəniz sahilində salınan kəndlərdən biridir . Nardaran iki sözdən : “nar” və “daran” sözlərindən düzəlib , “daran” farsca “olan” mənasında işləndiyindən kəndin adı da nar olan yer kimi tanınmışdır . Bunlardan başqa , Bakının Əmircan , Keşlə ,Bibiheybət , Ramana , Bilgəh , Novxanı , Kürdəxanı , Pirşağı , Masazır , Saray , Digah , Güzdək , Binəqədi , Qobu , Biləcəri , Dərnəgül , Xocasən , Şağan , Zabrat , Zığ , Əhmədli və s. kəndləri də var . Geri dön |