Ana Sayfa > Karusel / Gündəm / M2 > Taksi sürücülərinə bəd xəbər

Taksi sürücülərinə bəd xəbər


13-08-2015, 15:00. Yazar: Xeberaz

Taksi sürücülərinə bəd xəbər
Bakıda əhalinin sıx məskunlaşdığı ərazilərdə şəxsi vətəndaşların taksi fəaliyyətilə məşğul olması qadağan edilib.

Xeberaz.az xəbər verir ki, yeni qərara görə, paytaxtın 14 yerində vətəndaşlar şəxsi avtomobillərilə taksi xidməti göstərə bilməyəcəklər. Onlara insanların sıx olduğu ərazilərdə dayanmaq qadağan ediləcək.

Həmin ərazilərdə ancaq "London taksi”ləri buraxılacaq. Yeni qərara görə, əsasən "Həzi Aslanov”, "Əhmədli”, "Neftçilər”, "Xalqlar dostluğu”, "Qara Qarayev, "Koroğlu”, "Gənclik”, "28 may”, "Xətai”, "İçərişəhər, "Sahil”, "Azadlıq Prospekti”, "20 yanvar” metrostansiyaların yaxınlığı və "Beşmərtəbə” kimi tanıdığımız ərazidə şəxsi avtomobillə taksi xidməti göstərənlərin dayanması qadağan edilib.

Qurumdan həmçinin bildirilib ki, tədricən paytaxtda şəxsi avtomobillə taksi xidməti göstərənlər digər ərazilərdən də yığışdırılacaq. Taksi fəaliyyətilə məşğul olmaq istəyənlər yalnız qeydiyyatdan keçən şirkətlərə müraciət edə bilər.
Geri dön