Ana Sayfa > Karusel / Gündəm > Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI


11-08-2021, 09:46. Yazar: Xeberaz

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:
Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, "Avtovağzal" metrostansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır.
Ziya Bünyadov prospekti - əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə yol-nəqliyyat vasitələrinin çoxluğudur.
Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).
Tbilisi prospekti - əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.
Heydər Əliyev prospekti - əsas yol - (Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində) sıxlıqdır.

Geri dön