Ana Sayfa > Karusel / Hadisə / Dünya > 8 yaşlı məsciddə elə bir iyrənclik etdi ki, ölkə ayağa qalxdı - Edam oluna bilər - FOTO

8 yaşlı məsciddə elə bir iyrənclik etdi ki, ölkə ayağa qalxdı - Edam oluna bilər - FOTO


10-08-2021, 15:22. Yazar: Xeberaz


Pakistanda dini kitabların saxlandığı mədrəsənin kitabxanasında xalça üzərində qəsdən idrar etməkdə günahlandırılan 8 yaşlı uşağı edam cəzası gözləyir.
Xeberaz.az xəbər verir ki, ölkənin "ən gənc kafiri" olan adı açıqlanmayan oğlan hindlidir.
Oğlanın ailəsi Pakistan qüvvələri tərəfindən gizli bir ərazidə gizlədilir. Xəbərin ardından bölgədəki müsəlmanlar hindu məbədlərinə hücumlarını gücləndirib. Xüsusilə, uşağın üzvü olduğu hindu məbədinə hücumların edildiyi və məbədin yararsız hala düşdüyü bildirilir. Uşağın ailəsinin adının açıqlanmayan bir qohumu Guardian-a "hələ də cinayətinin nə olduğunu anlamır və nəyə görə bir həftədir həbsdədir. Yaşına görə lənət etməyin nə olduğunu da bilmir" deyib.

Geri dön