Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Həbsxanaya dondurmanın içərisində telefon keçirmək istədilər-FOTO

Həbsxanaya dondurmanın içərisində telefon keçirmək istədilər-FOTO


9-08-2021, 11:32. Yazar: Xeberaz

Həbsxanadan tapılan telefonlar




11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən
 verilən xəbərə görə, Cinayət Məcəlləsinin 120.2.1; 228.4 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zakir Şakir oğlu Yusifliyə tanışı Beyləqan şəhər sakini Emin Vəli oğlu Muradov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan plastik dondurma qabının içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.




Geri dön