Ana Sayfa > Karusel / Şou-Biznes > "Dərdimiə şərik oldunuz, mən də sizi sevirəm" - Xatundan kövrək paylaşım

"Dərdimiə şərik oldunuz, mən də sizi sevirəm" - Xatundan kövrək paylaşım


9-08-2021, 11:26. Yazar: Xeberaz



"Dərd bir əlimdən tutub aşağı çəkdikcə, enməyə qoymayıb digər əlimi siz tutdunuz. Bir ayağım heysizlikdən büküldükcə, digər ayağımı yıxılmağa qoymayıb taqətim oldunuz".
Bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Stilist qardaşı Balaşı itirən sənətçi ona dəstək olanlara səslənib:
"İçimi kədər atəşi bürüdükcə, o odu varlığınızla soyutdunuz. Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra, dünya boyda yanımda durdunuz. İndi sizə, sevginizə güvənib, sevginizdən güclənib sizinləyəm. Kədər bürümüş üzümün üzərinə çəkdiyiniz bu təbbəsümə görə də sizə təşəkkür edirəm. Səsim, nəğmələrim sizə fəda. Çox minnətdaram hamınıza. Bu çətin vaxtlarımda mənə ən çox dəstək olan elə sevənlərim oldu. Mən də sizi sevirəm".


Geri dön