Ana Sayfa > Karusel / Gündəm / M2 > 40 dərəcə istilərə hazırlaşın

40 dərəcə istilərə hazırlaşın


13-08-2015, 13:43. Yazar: Xeberaz
40 dərəcə istilərə hazırlaşın
Mülayim şərq küləyi əsəcək.

Avqustun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Xeberaz.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 28-29 dərəcə olması gözlənilir.

Azərbaycanın rayonlarında isə hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Geri dön