Ana Sayfa > Karusel / Hadisə > 13 yaşlı qız özünü 4-cü mərtəbədən atıb - Bakıda DƏHŞƏT

13 yaşlı qız özünü 4-cü mərtəbədən atıb - Bakıda DƏHŞƏT


6-08-2021, 10:25. Yazar: Xeberaz

Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb.
Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü A.V özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub.

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Geri dön