Ana Sayfa > Karusel / Səhiyyə / Foto-fakt > Hacı Nuranın səhhəti ağırlaşdı

Hacı Nuranın səhhəti ağırlaşdı


12-08-2015, 23:23. Yazar: Xeberaz

Hacı Nuranın səhhəti ağırlaşdı


Bir neçə gün öncə səhhəti pisləşən teleaparıcı Nuran Hüseynov Almaniyada müalicəsini davam etdirir.


Xeberaz.az xəbər verir ki, Hacı Nuran hazırda Düsseldorfdakı “Uniklinika”dadır. O, səhhəti ilə bağlı sosial şəbəkədə paylaşım edib:

“Bu gün həkimlərdən pis xəbər gəldi… Ağır kimyaterapiya müalicələri bitən kimi, mənə transplantasiya etməlidilər. Yenə bir müddət xəstəxanada olmalıyam... İrəlidə yenə dözülməz və ağır müalicələr… Allaha şükürlər olsun...”

Xatırladaq ki, Hacı Nuran xərçəng xəstəliyi ilə əlaqədar uzun müddət Almaniyada müalicə alıb. O, Azərbaycana fevralda qayıtmışdı.
Geri dön