Ana Sayfa > Karusel / Hadisə / M2 > Ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxs tərəfindən bıçaqlandı

Ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxs tərəfindən bıçaqlandı


12-08-2015, 20:34. Yazar: Xeberaz
Ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxs tərəfindən bıçaqlandı


Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.


Xeberaz.az Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bu gün axşam saat 9 radələrində Daşkəsən rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Rayonun Alaxançanlı kənd sakini 37 yaşlı Hikmət Namazov ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxslə aralarında mübahisə yaranıb.

Nəticədə həmin şəxs Hikmət Namazovun üz nahiyyəsinə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Daşkəsən rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön