Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda oğurluq edən "patı" istifadəçisi binanın komendantını bıçaqladı - FOTO

Bakıda oğurluq edən "patı" istifadəçisi binanın komendantını bıçaqladı - FOTO


25-07-2021, 10:24. Yazar: Xeberaz


Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında oğurluq hadisəsi baş verib. 
Hadisə dünən saat 11.00 radələrində olub. Narkotik maddə sayılan "patı" istifadəçisi olduğu deyilən şəxsin binaya daxil olaraq elektrik naqillərini oğurladığı müəyyən edilib. 
Binanın komendantı Faiq Qurbanovun müqaviməti ilə rastlaşan həmin şəxs komendanta bıçaqla hücum edərək qaça bilib. 
Hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb. 
Qeyd edək ki, bina sakinləri bu tip oğurluq hadisələrinin tez-tez baş verdiyini bildirirlər.



Məqaləyə dair fotomateriallar:














Milli.Az - Xəbər Portalı


Geri dön