Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Üç gün sonra toyu olacaqdı, qəzada öldü - FOTO

Üç gün sonra toyu olacaqdı, qəzada öldü - FOTO


23-07-2021, 11:34. Yazar: Xeberaz

Lənkəranda avtomobil su kanalına aşıb.
Hadisə gecə saatlarında Lerik-Lənkəran yolunun Qurumba kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı sakini olan Aqil Fəxrəddin oğlu Əliyevin idarə etdiyi 90-MP-585 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl yol kənarındakı rabitə dirəyini aşırıb, sonra isə boş olan su kanalına düşüb. Hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları gəlib. Minik avtomobilində heç kimin olmadığını görən xilasedicilər müəyyən axtarışlardan sonra hadisə yerindən 35-40 metr aralıda sürücü A.Əliyevin meyitini tapıblar. Meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.
Məlumata görə, mərhum nişanlı imiş və Bakıdan rayona bayramlaşmağa gedib. Üç gün sonra isə toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.



Geri dön