Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Bu yaxınlarda toyları olacaq məşhurlar - Siyahı

Bu yaxınlarda toyları olacaq məşhurlar - Siyahı


12-08-2015, 14:55. Yazar: Xeberaz

Bu yaxınlarda toyları olacaq məşhurlar - Siyahı
Qarşıdakı yay günlərində hələ bir neçə məşhur ailə həyatı quracaq

Xeberaz.az Türkiyə mediasına istinadən yaxınlarda ailə quracaq məşhurların siyahısını təqdim edir.

Aktrisa Merve Boluğur və müğənni Murad Dalkılıçın toyu avqustun 24-də İstanbulda, ardıyca isə Çeşmədə ikinci toy baş tutacaq.



Aktrisa Selma Ergeç ilə "Can Yayınları"nın sahibi Can Öz də artıq nişanlanıb. Onlar bu yaxınlarda toy etmək fikrindədirlər.

Serialda tanış olan Eda Özerkan və Timur Acar 2 ildir sevgilidilər. Cütlük yaxın günlərdə toy tarixini açıqlayacaq.

Gənc aktrisa Ezgi Eyüboğlu keçən həftə həmkarı Kaan Yıldırımla nişanlanıb. Onlar da yay bitmədən toy etmək qərarına gəliblər.

Bir müddətdir nişanlı olduğu Pamir Kıranerlə dekabrda gizli nikah rəsmiləşdirən aktrisa Saadet İşıl Aksoy xəyallarındakı toyu avqustun 14-də həyata keçirəcək.
Geri dön