Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Küçədə tapılan körpə Şəhidlər xiyabanına atılıbmış - FOTO - YENİLƏNİB

Küçədə tapılan körpə Şəhidlər xiyabanına atılıbmış - FOTO - YENİLƏNİB


22-07-2021, 16:19. Yazar: Xeberaz

15:45
Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda küçəyə atılan körpə barədə məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb:
"Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır".
-------
14:52
Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.
Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk səhifəsində məlumat verib.
Onun sözlərinə görə, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".
Qeyd edək ki, daha öncə Sumqayıt və Ucarda körpələr küçəyə atılmışdı.

Geri dön