Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda oğul atasını avtomobillə vuraraq öldürdü

Azərbaycanda oğul atasını avtomobillə vuraraq öldürdü


22-07-2021, 11:39. Yazar: Xeberaz


Qubada bədbəxt hadisə nəticəsində oğul atasını öldürüb.
Bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.
Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Geri dön