Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV > Bir telefon zənginə qadın sürücünü buraxan yol polisi – VİDEO + YENİLƏNİB

Bir telefon zənginə qadın sürücünü buraxan yol polisi – VİDEO + YENİLƏNİB


12-08-2015, 14:27. Yazar: Xeberaz

Bir telefon zənginə qadın sürücünü buraxan yol polisi – VİDEO + YENİLƏNİB

Bakıda bir telefon zənginə qadın sürücünü buraxan yol polisinin görüntüləri yayılıb.

Xeberaz.az Milli.Az-a istinadən xəbər verir ki, İstiqlaliyyət küçəsində qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılan xanım sürücü qanun keşikçisinin özünü qanunu pozmağa vadar edib.

Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir, sürücü isə ona sənəd yox, mobil telefon uzadır. Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək mobil telefonu israrla polisə verib kiminləsə danışmağa təhrik edir.

Yol polisi isə telefonu alıb xanım sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır, heç bir sənədi yoxlamadan onu sərbəst buraxır.

Həmin mənzərəni əvvəldən-axıradək mobil telefonla çəkilib.





Geri dön