Ana Sayfa > Karusel / Hadisə > Gürcüstanda azərbaycanlı ailəyə SİLAHLI BASQIN - ölənlər və yaralananlar var

Gürcüstanda azərbaycanlı ailəyə SİLAHLI BASQIN - ölənlər və yaralananlar var


21-07-2021, 11:17. Yazar: Xeberaz

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Silahlı insidentin səbəbi hələ məlum deyil.

Qətli törədən şəxsin artıq saxlanıldğı bildirilir.

Geri dön