Ana Sayfa > Karusel / Hadisə / Dünya > Ana dəcəllik edən qızının barmaqlarını kəsdi - FOTO

Ana dəcəllik edən qızının barmaqlarını kəsdi - FOTO


21-07-2021, 10:38. Yazar: Xeberaz


Qadın kibritlə oynayan azyaşlı qızının barmaqlarını kəsib.
Dəhşətli hadisə Ulan-Udedə (Buryatiya) baş verib.
Bildirilir ki, ailə tibb işçilərinə uşağın küçədə yaralandığını bildirib. Lakin sonradan qız palata yoldaşına dəcəlliyə görə barmağının anası tərəfindən kəsildiyini deyib.
"Qızın anası deyib ki, bıçağı gətirin, indi onun barmağını kəsəcəyəm. Birinci dəfədən alınmayıb, ikinci dəfədən alınmayıb, üçüncüdə isə bıçaq iki barmağına dəyib. Qıza da möhkəm-möhkəm tapşırıb ki, kim soruşsa, barmağının anası tərəfindən kəsildiyini deməsin", - deyə pasientlərdən biri qızdan eşitdiklərini danışıb.

Geri dön