Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > İŞİD hakerləri ABŞ hərbçilərinin məlumat bazasını sındırdılar

İŞİD hakerləri ABŞ hərbçilərinin məlumat bazasını sındırdılar


12-08-2015, 13:09. Yazar: Xeberaz
İŞİD hakerləri ABŞ hərbçilərinin məlumat bazasını sındırdılar
“Biz bu məlumatdan xəbərdarıq”.

“İslam dövləti” (İŞİD) radikal qruplaşmanın fəaliyyətinə aidiyyatı olduğunu bəyan edən haker qrupu ABŞ-ın silahlı qüvvələrinin və dövlət qulluqçularının yüzlərlə əməkdaşının şəxsi məlumatlarını dərc edərək, yaraqlıları onlara hücum etməyə çağırıb, NBC News telekanalı bildirib.

Xeberaz.az RİA Novosti-yə istinadən xəbər verir ki, hakerlərə BBC, NASA əməkdaşlarının adlarının, elektron poçt ünvanlarının şifrələri və telefon nömrələrini, Nyu-York və Nyu-Cersi ştatlarının hakimiyyətinin, eləcə də dövlət departamentinin bir neçə əməkdaşının kredit kartlarının məlumatları bəllidir.

“Biz bu məlumatdan xəbərdarıq, amma biz onun hal-hazırda həqiqət olduğunu təsdiq edə bilmərik. Bizim əsas məqsədimiz xidmətdə olanların təhlükəsizliyidir”, - ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərindən telekanal sitat gətirib.

Kiber təhlükəsizlik məsələləri ilə məşğul olan “Flashpoint Intelligence” şirkəti telekanala bildirib ki, əgər bu haker hücumu realdırsa, o zaman İŞİD-in böyük səylə şəxsi informasiyanı yaymaqda məqsədi fərdi qəsdlərin təşkilidir.
Geri dön