Ana Sayfa > Karusel / Gündəm / M2 > ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır

ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır


14-07-2021, 11:42. Yazar: Xeberaz

ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır


Ümumrespublika televiziya kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.
MTRŞ-dan verilən məlumata görə, müsabiqəyə altı iddiaçı sənədlərini təqdim edib.
Bunlar “APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İstipress” MMC, “Medical Media” MMC-dir.
Qeyd edək ki, ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər.  ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı modern.az-a təsdiqləyib.

Geri dön