Ana Sayfa > Karusel / Hadisə > Ordumuzun zabiti özünü GÜLLƏLƏDİ- RƏSMİ

Ordumuzun zabiti özünü GÜLLƏLƏDİ- RƏSMİ


13-07-2021, 10:48. Yazar: Xeberaz

Ordumuzun zabiti özünüGÜLLƏLƏDİ- RƏSMİ


Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.
Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Geri dön