Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda yeniyetmə ana söyüşünə görə qatil oldu - FOTO

Bakıda yeniyetmə ana söyüşünə görə qatil oldu - FOTO


13-07-2021, 10:24. Yazar: Xeberaz


Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.
1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.
Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Geri dön