Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO + FOTO

Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO + FOTO


11-08-2015, 15:39. Yazar: Xeberaz
Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO + FOTO
Qonşu FHN işçilərini qabaqladı.

Bakının Nizami rayonunda gənc qadın çoxmərtəbəli evin 5-ci mərtəbəsindən özünü atmağa çalışıb.

Xeberaz.az Minval.az-a istinadən xəbər verir ki, naməlum qadının R.Rüstəmov k.-də intihar etmək istədiyi barədə məlumat FHN-ə saat 13.45-də daxil olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər qadının pəncərə məccərindən asılaraq qaldığını görüblər.

FHN əməkdaşları 5-ci mərtəbəyə qalxsalar da mənzilin qapısı bağlı olub.

Qonşulardan biri qonşu eyvandan qadının yaşadığı evə keçərək qadını yuxarı qaldırmağa nail olub. Yanğınsöndürənlər intihara cəhd edən qadını təcili yardım əməkdaşlarına təhvil veriblər.


[media=https://youtu.be/U7zY2fSW3Dg]
Geri dön