Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Pirsinq etdirən 15 yaşlı qız ürək tutmasından öldü - FOTO

Pirsinq etdirən 15 yaşlı qız ürək tutmasından öldü - FOTO


12-07-2021, 11:06. Yazar: Xeberaz


Qaşından pirsinq elətdirən 15 yaşlı qız ürək tutmasından vəfat edib. Səbəb isə qanına infeksiya düşməsi olub.
Hadisə Braziliyanın Minas Gerais ştatında yaşanıb. İzabela Eduarda de Souza anasından qaşını deşdirmək üçün icazə istəsə də rədd cavabı alıb. Qızın xalasının sözlərnə görə, bütün ailə bu prosedurun əleyhinə olsa da, Izabela fikrindən vaz keçməyib. O, dostundan evdə qaşını deşməyə kömək etməsini istəyib. Prosedur zamanı yeniyetmənin bədəninə ölümcül infeksiya düşüb və pirsinqdən üç gün sonra onun üzü şişib.
Uşaq təcili xəstəxanaya çatdırılıb. Burada onun dörd dəfə ürəyi dayanıb. Sonra o, başqa bir xəstəxanaya köçürülüb, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin sözlərinə görə, qız sağ qalsa belə pirsinq səbəbindən görmə qabiliyyətini itirə bilərdi.

Geri dön