Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda küçədən yeni doğulmuş oğlan uşağı tapıldı

Azərbaycanda küçədən yeni doğulmuş oğlan uşağı tapıldı


12-07-2021, 11:01. Yazar: Xeberaz

Ucarda yeni doğulmuş uşaq tapılıb.
Bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb.
Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.

Geri dön