Ana Sayfa > Karusel / Hadisə / Maraqlı > Peyvənddən dərhal sonra cinsi münasibət... - Nazir müavinindən qəribə açıqlama

Peyvənddən dərhal sonra cinsi münasibət... - Nazir müavinindən qəribə açıqlama


12-07-2021, 10:42. Yazar: Xeberaz

Ölkələr koronavirus pandemiyasını nəzarət altına almağa səy göstərdikləri bir vaxtda Rusiyanın Saratov vilayətinin Səhiyyə Nazirliyi tərəfindən ilginc xəbərdarlıq edilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Saratov Səhiyyə nazirinin müavini Denis Grayfer peyvənd olunan şəxlərə dərhal cinsi münasibətdə olmamaqla bağlı çağırış edib. O bildirib ki, cinsi münasibət həmin şəxsləri yoracaq.
"Seksə çox enerji sərf edilir. Buna görə də peyvənd olunandan sonra artan stress riskini düzgün dəyərləndirmək lazımdır", - Grayfer bildirib.
Nazir müavini bu "qadağa"nın hansı müddətə qədər davam edəcəyini açıqlamayıb.

Geri dön