Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Salyanda qarpız daşıyan “QAZel” aşdı: Ölən var – FOTO

Salyanda qarpız daşıyan “QAZel” aşdı: Ölən var – FOTO


11-08-2015, 13:31. Yazar: Xeberaz
Salyanda qarpız daşıyan “QAZel” aşdı: Ölən var – FOTO
Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. “Opel” markalı minik avtomobili qarpız daşıyan “QAZel” markalı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən yük maşını aşıb, içindəki qarpızlar yola tökülüb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Sərnişinlərindən bir qadın və bir uşaq olmaqla iki nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır. Qəza nəticəsində ölən və yaralananların olub-olmaması barədə araşdırmalar başa çatandan sonra məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Geri dön