Ana Sayfa > Karusel / Hadisə > Bakıda kanalda batan şəxsin meyiti tapılıb

Bakıda kanalda batan şəxsin meyiti tapılıb


7-07-2021, 10:10. Yazar: Xeberaz



07:34
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ə.İsmayılzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
----------------

21:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.

Geri dön