Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda 38 dərəcə isti olacaq

Azərbaycanda 38 dərəcə isti olacaq


11-08-2015, 13:22. Yazar: Xeberaz
Azərbaycanda 38 dərəcə isti olacaq
Bakıda cənub-şərq küləyi əsəcək.

Avqustun 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Xeberaz.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Geri dön